Ermənistan humanitar yardım adı ilə mülki təyyarələrdən silah daşımaq üçün istifadə edir

Ermənistan humanitar yardım adı ilə mülki təyyarələrdən silah daşımaq üçün istifadə edir. Trend-in məlumatına görə, oktyabrın 3-dən 6-dək Ermənistan hökumətinin rəsmi təyyarəsi, 701 göyərtə nömrəli, Moskva-Yerevan marşrutu ilə hərəkət edən “Airbus 319” satın alınmış və ixrac üçün hazır olan hərbi məhsulun birinci hissəsini daşıyıb.
Tədarükün baş tutması üçün Ermənistanın baş nazir müavini Mger Qriqoryan oktyabrın 3-də Moskvaya birgünlük səfər edib.
Oktyabrın 4-də xarici işlər nazirinin müavini Şavarş Koçaryan Moskvaya gedib. Hər iki halda reyslər Beynəlxalq Mülki Aviasiya Təşkilatının normalarının və Gürcüstanın hərbi yüklərin daşınması qadağasının pozulması formasında baş tutub.
Ermənistan Moskva və Mineralnıe vodı şəhərlərinin yaxınlığında saxlanılan silahların qalan hissəsini də tədarük etməyə hazırlaşır. Bu silahlar arasında TOS-1A ağır odsaçan sistemlər (Solntsepyok), tank əleyhinə idarəolunun “Kornet” raket kompleksləri, bu kompleks üçün raketlər və digər silahlar yer alıb.
Gürcüstan və İranın hərbi yüklər üçün qapalı hava məkanı fonunda Ermənistanın hərbi-siyasi rəhbərliyi bu məqsədlər üçün mülki təyyarələrdən istifadə etmək qərarına gəlib.
Humanitar yardım adı altında həmin yüklərin mümkün daşıyıcıları qismində “Armenia Avia” və “Nord Star” kommersiya şirkətləri nəzərdən keçirilir. “Armenia Avia” artıq Dağlıq Qarabağ münaqişə zonasına pulsuz humanitar yükün çatdırılması planlarını elan edib.
Bundan başqa, oktyabrın 7-dən 9-dək gündə iki dəfə reys keçirməyi planlaşdıran “Atlantis Armenia Airlines” şirkətinin lisenziyası bərpa olunub.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












