Ermənistan öz vətəndaşları üçün hərbi qaydaları daha da sərtləşdirdi

Ermənistan Dağlıq Qarabağda hərbi əməliyyatlara görə, əlavə məhdudiyyətlər tətbiq edərək, ölkədə sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti daha da sərtləşdirib.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib.
Nazirlər Kabinetinin qərarına görə, məmurların şübhə doğuran təşviqat aparması, ölkənin müdafiə qabiliyyətini tənqid, inkar etməsi və müvafiq materialların yayımlanması qadağandır.
“Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin olunması ilə bağlı fəaliyyətləri, o cümlədən çıxışlar və nəşrləri də daxil olmaqla, tənqid, təkzib edən, effektivliyə şübhə edən və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaları qadağandır”, - deyə qərarda bildirilir.
Qaydalara riayət olunmasına Ermənistan polisi nəzarət edəcək. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına çap avadanlığı, radio və audio yayım avadanlığı və surətçıxarma maşınlarını müvəqqəti olaraq müsadirə etmək və ya üzərinə həbs qərarı qoymaq hüququ verilir.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











