Ermənistan qlobal təxribatçıların əlaltısıdır - Xarici KİV-lər

Qarabağ münaqişəsi erməni diasporunun və Qərb xüsusi xidmətlərinin məhsuludur.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə xarici KİV-lər erməni diasporu ilə əlaqədar yazır.
Qeyd olunur ki, erməni diasporu dünya elitalarının kölgə kapitalının yuyulması ilə bağlı mexanizm və kanallar yaradıb, bir sıra terror təşkilatları qurub bütün dünyada nüfuzlu KİV-ləri satın alıb və onlara nəzarət edir.
Bundan başqa, diaspor müxtəlif fondlar yaradaraq külli miqdarda pul cəlb edir. Bu vəsaitin böyük hissəsi Qafqazda, yəni Rusiya, Türkiyə, İran sərhədlərində müharibənin dəstəklənməsinə və bu ölkələrin bir-biri ilə toqquşmasına yol açmağa yönəldilir.
Məqalədə qeyd olunur ki, regional inteqrasiyanın qarşısında ən böyük maneə Ermənistandır. Bu ölkə erməni etnosiyasi şəbəkə vasitəsilə göstərən qlobal təxribatçıların əlaltısıdır. Həmin şəbəkə faşizm, terrorçuluq və separatçılığın qarışığıdır:
“Erməni diasporu indi də Ermənistanda millətçi əhval-ruhiyyəni körükləməklə Qarabağda müharibəni maliyyələşdirməyə davam edir. Diaspor müharibənin bitməsinə maneə törədir, regionu nifrət və düşmənmçiliklə qidalandırır, öz xalqı ilə müxtəlif eksperimentlər keçirməklə girov saxlayır. Qafqazdakı müharibə transmilli qaniçənlərin və onların erməni icraçılarının sifarişidir”.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












