“Ermənistan rus yeniyetməni qətlə yetirməklə dünyaya müharibə elan etdi” - Deputat

“Ermənistanın bütün beynəlxalq konvensiyaları və insanlıq normalarını pozması hər zaman gündəmdə olan məsələdir. Döyüş meydanında Azərbaycan ordusunun qarşısından qaçaraq yaşayış məntəqələrimizi, mülki vətəndaşlarımızı atəşə tutması Ermənistan rejiminin cinayətlərini daha da artırır”.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Ermənistanın Gəncəyə iki dəfə terror hücumu nəticəsində 30-a yaxın mülki vətəndaş həlak olub:
“Bildiyiniz kimi, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Bu, bir daha göstərir ki, Ermənistan üçün insanlıq, milliyət anlayışı yoxdur və onlar ancaq dinc insanları hədəfə alır.
Rusiya vətəndaşının hədəfə alınması, onun Ermənistanın Gəncəyə atdığı raket atəşi nəticəsində həlak olması Ermənistanın bütün insani qanunları pozduğunu, onun təkcə Azərbaycana deyil, bütün dünyaya müharibə elan etdiyini göstərir. Ermənistanın cinayətkar hakimiyyəti üçün insan həyatı, humanistlik deyilən bir anlayış yoxdur.
Bu gün Ermənistanın hərbi-siyasi rəhbərləri hərbi cinayətkar kimi hərəkət edirlər. Onların yeri Haaqa məhkəməsidir”.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












