Ermənistan yeni Srebrenitsa törətmək niyyətindədir?

Londonda fəaliyyət göstərən “EU Today” media platforması “Ermənistan Cənubi Qafqazda yeni Srebrenitsa soyqırımı törətmək niyyətindədir?” adlı məqalə dərc edilib.
Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, məqalədə Rusiyanın vasitəçiliyi ilə döyüş əməliyyatlarının gedişində həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi üçün əldə olunan humanitar atəşkəs razılaşmasının qüvvəyə mindiyi andan etibarən pozulması, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirməsi və bu hücumlar nəticəsində azyaşlılar da daxil olmaqla, dinc sakinlərin həlak olması və yaralanması barədə məlumat verilir.
Məqalədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Humanitar atəşkəs razılaşması əldə edildikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində mülki əhalinin atəşə tutulması barbarlığın daha bir bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışları riyakarlıqdan başqa bir şey deyil” fikri də yer alıb.
Müəllif ermənilərin bu təxribatlarını Srebrenitsa soyqırımı ilə müqayisə edir. “Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinə əsasən mülki əhaliyə və ya döyüşlərdə birbaşa iştirak etməyən fərdi mülki şəxslərə qarşı qəsdən edilmiş hücumlar müharibə cinayəti hesab edilir.
Müəllif Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə istinadən bildirib ki, bu hərəkətlər Ermənistanın dünya birliyinə, o cümlədən Rusiya Federasiyasına hörmətsizliyi kimi qiymətləndirilməlidir.
Qeyd edilir ki, Ermənistan silahlı qüvvələri 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq təmas xətti boyunca yaşayış bölgələrində və münaqişə zonası xaricində yerləşən bölgələrdə mülki əhalini, fərdi evləri və digər mülki infrastrukturu qəsdən hədəf almağa davam edir. Bu günə qədər olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində uşaqlar və qocalar da daxil olmaqla, ümumilikdə 40-dan çox mülki şəxs qətlə yetirilib, 200-dən artıq insan yaralanaraq xəstəxanalara yerləşdirilib, 1470-dən çox fərdi ev, 70-ə yaxın yaşayış binası və 240-dan çox mülki infrastruktur obyekti dağıdılaraq yararsız hala düşüb.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












