Ermənistandan Azərbaycan benzini ilə bağlı AÇIQLAMA

Ermənistanda Azərbaycandan göndərilən benzinin aşağı qiymətlə satılması ilə bağlı yayılan müzakirələrə rəsmi münasibət bildirilib. Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri Gegam Gevorkyan ölkəyə idxal olunan yanacağın məhz Azərbaycan benzini olduğunu bildirib və onun keyfiyyəti ilə bağlı heç bir şikayətin daxil olmadığını vurğulayıb. Onun sözlərinə görə, bütün idxalçılar standart yoxlama prosedurlarından keçir, yanacaq laborator analizlərə cəlb olunur və hər hansı keyfiyyət problemi olsaydı, bu benzin Ermənistana buraxılmazdı. Qiymət məsələsinə toxunan Gevorkyan qeyd edib ki, Azərbaycan benzininin bahalaşacağı halda istehlakçılar onu sadəcə almayacaqlar. O, bunun bazarda digər oyunçuları sıxışdırmaq məqsədi daşıyan iri həcmli idxal olmadığını, yalnız məhdud və eksperimental partiyanın gətirildiyini deyib. Sədrin sözlərinə görə, qiymətin aşağı olmasının əsas səbəblərindən biri də dəmir yollarının daşımaya görə ödəniş götürməməsidir. Bu amil satış qiymətinə birbaşa təsir göstərib. Gevorkyan hesab edir ki, bu həcm qısa müddətdə tükənəcək və iqtisadi proseslər normallaşdıqdan sonra hansı yanacağın daha ucuz, hansının isə baha olduğu aydın görünəcək. Komissiya sədri həmçinin böyük idxalçıların guya məcburi şəkildə Azərbaycan benzini idxal edib satmağa məcbur edilməsi barədə yayılan iddiaları əsassız adlandırıb. Xatırladaq ki, hazırda Azərbaycan benzini Ermənistanda Run Oil yanacaqdoldurma məntəqələrində, o cümlədən paytaxt İrəvan da daxil olmaqla müxtəlif bölgələrdə litri 430 dram, yəni təxminən 1,93 manat qiymətinə satılır.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












