Ermənistandan gələn yük maşınları Gürcüstana buraxılmır

Ermənistan-Gürcüstan sərhəd-keçid məntəqəsində problem yaranıb. Ermənistandan gələn yük maşınları Gürcüstana buraxılmır. Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb. Bildirilir ki, gömrük xidmətləri erməni yük maşınlarının Gürcüstana buraxılmasını müvəqqəti dayandırıb. Hazırda hər iki tərəfdə mindən çox yük və minik avtomobili dayanıb. Qərar son vaxtlar Gürcüstanın keçid məntəqələrində avtomobillərin yığılması nəzərə alınaraq qəbul edilib. Gürcüstan tərəfində problem həll olunduqdan – avtomobillərin buraxılışı tənzimlənəndən sonra keçid açılacaq. Bu arada Ermənistan tərəfi nəqliyyat vasitələrinin öz ölkələrinin ərazisində növbəyə durmasını təklif edir. Ermənistan İqtisadiyyat Nazirliyi bildirir ki, İrəvan hələ də rəsmi Tbilisidən erməni konyakının Rusiyaya tranziti zamanı sərhəddə baş verən gecikmələrlə bağlı izahat almayıb. Artıq İrəvanda Gürcüstan səfirliyinin binası qarşısında bir neçə etiraz aksiyası keçirilib.
Qeyd edək ki, iyunun 6-da Gürcüstanın kənd təsərrüfatı naziri Ermənistana səfər etməli idi, lakin son anda səfər ləğv olunub. Bəzi məlumatlara görə, erməni sürücülər Ermənistana qayıdarkən ucuz qiymətə gürcü konyakı alıb aparırlar. Sonra da bu konyakı Ermənistanda qablaşdıraraq Rusya bazarına erməni konyakı adı ilə göndərirlər.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











