Ermənistanın Azərbaycana satmaq istədiyi məhsullar - SİYAHI

“Azərbaycan bazarının ehtiyac duyduğu mallar olmalıdır. Düşünürəm ki, məsələn, Ermənistan tikinti materialları sahəsində ixrac həyata keçirə bilər”. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Qaqik Makaryan Ermənistandan Azərbaycana hansı malların idxal oluna biləcəyi ilə bağlı yerli KİV-ə müsahibəsində deyib.
Ekspert iddia edib ki, Ermənistanda tikinti materiallarının istehsalı üçün çox yaxşı Avropa texnologiyalarından istifadə olunur:
“Qatarla bağlı problem olmasa, böyük həcmdə tikinti materiallar ixrac edilə bilər. İkincisi, Azərbaycan bazarı Ermənistan şərablarının çeşidləri, eləcə də meyvə araqları ilə maraqlana bilər. Üçüncüsü, bu, müəyyən növ konservləşdirilmiş məhsullar ola bilər, azərbaycanlıların çay həvəskarı olduqlarını nəzərə alsaq, mürəbbə satışı da mümkündür. Ermənistanın bəzi Avropa ölkələri üçün istehsal etdiyi tikiş sektorunun bəzi məhsulları da. Müəyyən növ dərman, elektrik və elektron avadanlıqlar haqqında da danışmaq olar. Gələcəkdə münasibətlərdə inkişaf olsa, şirniyyat da sata bilərik.
Müxtəlif Ermənistan fabrikləri yaxşı şokolad istehsal edir, bunlar Belçika və bəzi Avropa ölkələrinə də ixrac olunur. Siqaretlərdən də danışmağı zəruri hesab edirəm. Üzərində bir az da çalışsaq, logistika avadanlıqları və elektrik naqilləri də...”.
Makaryan Azərbaycanın Ermənistan üçün böyük bazar ola biləcəyini vurğulayıb:
“Daimi bazar olsa, həcm artırıla bilər. Azərbaycan böyük bir ölkədir, əhalisi 10-11 milyondur, buna görə də Ermənistan bazarından ən azı üç dəfə böyükdür, niyə də olmasın”.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da yerli KİV-ə Ermənistan-Azərbaycan sərhədinin açılmasının vaxtının çatdığını iddia edib:
“Fikrimcə, Ermənistanla Azərbaycan arasında quru sərhədinin açılması və dəmir yolu ilə Ermənistan sərhədinə gələn yüklərin oradan multimodal şəkildə yük maşınlarına daşınması və Ermənistan-Azərbaycan quru sərhədindən keçməsi üçün çox yaxşı vaxtdır”.
Papoyan həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi malların olduğunu da qeyd edib:
“Kənd təsərrüfatı məhsulları, alüminium folqa, qızıl zinət əşyaları, ferromolibden, balıq məhsulları”.
Xatırladaq ki, Azərbaycan dekabrın 19-da Ermənistana 1300 ton həcmində Aİ95 benzini tədarük edib. Ermənistandan ölkəmizə mümkün tədarük də bu kontekstdə gündəmə gətirilib.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












