Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələrini pisləyir.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Pakistan Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Talha Mahmud öz "Twitter" səhifəsində yazıb ki, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və açıq aydın təcavüzü qəti şəkildə qınanılmalıdır.
O vurğulayıb ki, uzun müddətdir davam edən münaqişə ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi əsasında dərhal həll edilməlidir.
Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəliyinin veb-səhifəsində isə bildirilir ki, Avropa İttifaqı Azərbaycanın Gəncə şəhərinə qarşı həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyir.
Qeyd olunur ki, mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoyulmalıdır.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












