Ermənistanın mülki obyektlərə vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlərə başlanılıb

Məlum olduğu kimi, sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərə ciddi ziyan yetirməkdədir.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılıb. Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və aidiyyəti yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə araşdırma işlərinə başlanılıb.
Yaradılmış komissiya artıq Mingəçevir şəhərində araşdırma-qiymətləndirmə işlərini başa çatdırıb və qısa müddətdə Gəncə şəhəri üzrə işlər də yekunlaşdırılacaqdır. Hazırda işlər Bərdə, Beyləqan və Ağcabədi rayonlarında aparılır. Həmçinin, yaxın günlərdə Cəbrayıl, Füzuli, Naftalan və Göygöl rayonlarında da komissiya tərəfindən araşdırma-qiymətləndirmə işlərinə başlanılacaqdır.
Müharibə vəziyyətində ölkədə infrastruktur və mülki obyektlərin bərpası və tikintisi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və dövlət başçısının vətəndaşlara qayğısının əyani təzahürüdür.
Gültən
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












