Ermənistanla delimitasiya davam edir, anklav və eksklavlar məsələsi də öz həllini tapacaq - Rəsmi Bakı

Azərbaycan-Ermənistan sərhədlərinin ümumilikdə 13 km-ə yaxın ərazisi delimitasiya olunub. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, burada işlər dayanmayıb, davam edir:
“İki ölkənin delimitasiya komissiyaları intensiv şəkildə fəaliyyətdədir. Delimitasiya siyasi proses olsa da, çoxlu texniki detalları var. Ümumi yanaşma barədə razılıq var: şimaldan cənuba bu proses həyata keçiriləcək. Biz bilirik ki, delimitasiya prosesi birdəfəlik deyil, hissə-hissə həyata keçiriləcək. Anklav və eksklavlar məsələsi öz həllini tapacaq. Bunlar hamısı diqqət mərkəzindədir. 2025-ci ildə olan müsbət dinamika delimitasiya prosesinə də öz müsbət impulslarını verməkdədir”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












