Ev tikintisində yeni şərt - “Tanış usta” dövrü bitir?

Azərbaycanda ev tikdirənlərin bəzisi bu işi şirkətlərə, bəzisi isə tanıdığı, işinə bələd olduğu ustaya həvalə edir. Şirkətlər mənzil sahibi ilə evin tikintisi haqqında detalları, yəni hansı müddətə işin başa çatacağını, nə qədər vəsait xərclənəcəyini və digər məsələləri danışıb, müqavilə bağlayırlar.
Adətən, “tanış usta” ilə müqavilə bağlanmır, bütün proses şifahi şəkildə həyata keçirilir.
Lakin son günlər mənzil tikdirənlər iddia edirlər ki, onlardan usta ilə məcburi qaydada müqavilə bağlanması tələb olunur.
Bəziləri hesab edir ki, müqavilə və bunun notarial qaydada təsdiqinin tələbi qeyri-formal əməklə məşğul olanların dəqiqləşdirilməsi və onların gəlirlərini müəyyən etməklə bağlıdır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, dünyada bütün xidmətlər müqavilə əsasında olur:
“Dünyada bütün bu tip xidmətlər sadə danışıq üzərində yox, müqavilə əsasında baş tutur. Biz isə ustalara nağd şəkildə pul verməyi adət etmişik. Xırda işlər, saç kəsmək, bərbərlik, dərzi xidməti və digər buna oxşar işlər üçün müqavilə tələb olunmasa da, dəyəri böyük olan işlərdə müqavilə mütləqdir”.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












