Evi sökülən vətəndaş günlərdir niyə küçədə yaşayır? - FOTOLAR

Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında söküntü işlərinin aparılması və orada yaşayan Afət Quliyevanın evindən zorla çıxarılması ilə bağlı xəbər vermişdik. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Afət Quliyeva hadisədən sonra günlərdir ki, küçədə yaşayır. Hər gün hissə-hissə yararsız hala düşmüş əşyalarını dağıntılar altından çıxarır.
Məsələ ilə bağlı ərazidə söküntü işlərini aparan “İbrahim Q” MTK-nın vəkili Yavər Yavərzadə ilə əlaqə saxladıq. Şirkət nümayəndəsi A.Quliyevanın hadisədən sonra yaşayış yeri ilə təmin edilib-edilmədiyi haqda sualımıza belə cavab verdi:
“Bununla bağlı vəziyyət tam başqadır. Bəli, həmin şəxsin mənzilinə zərər yetirilib. Bununla bağlı hüquq-mühafizə orqanlarında iş aparılır. Lakin həmin mənzilə zərər yetirilən vaxtdan həmin şəxsə müvəqqəti yaşayış üçün kirayə mənzil tutulub. Həmin mənzilin biraylıq dəyəri də ödənilib”.
Y.Yavərzadənin sözlərinə görə, vətəndaşın sahib olduğu 13,5 kv metr sahənin əvəzinə ona iki alternativ təklif irəli sürülüb - ya bu sahənin yerinə həmin ərazidə 50 kv metr təmirli mənzil və bu mənzil ona təhvil verilənə qədər kirayəpulu, ya da sahib olduğu mənzil və ona dəymiş zərər nəzərə alınaraq 100 min manat pul təklifi.





İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO










