Evlərə çağırılan təcili yardım niyə gecikir?

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronaviruslu xəstələrin və COVID-19-a şübhəli insanların hansı hallarda poliklinikaya, hansı hallarda isə təcili tibbi yardıma müraciət etməli olduqları məsələsinə aydınlıq gətirib.
"Report"un xəbərinə görə, o, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif sualların məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna biləcəyini deyib.
O qeyd edib ki, bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur: "Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir. Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağrışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın gecikməsinə səbəb olur".
T.Eyvazov eyni zamanda vətəndaşların hansı qaydalara riayət etməli olduqlarını da bildirib: "Gəlin məsulliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və digərlərinin həyatını risqə atmayaq".
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












