Evlərin sənədləşdirilməsi problemi kökündən həll olunur - VİDEO

Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir. Bununla bağlı yeni elektron portal hazırlanır və sistemin 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub. İnsan sağlamlığına və fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, sənədsiz tikililərin böyük əksəriyyəti Bakı və bakıətrafı ərazilərdə yerləşir. Bu tikililərin təqribi sayı isə 450-500 min arasıdır. Bəzi tikili və ya torpaq sahələrinin sənədləşdirilməsi isə mümkün olmayacaq.
Ekspertin sözlərinə görə, bu proses bazarda ipoteka predmeti olan ucuz əmlakların sayını artıracaq. Bununla yanaşı həmin torpaq sahələri də sənədləşdiriləcək ki, vətəndaş onun üzərində qanuni tikinti apara bilsin.
Ekspert əlavə edib ki, aministiya təkcə fərdi yaşayış evləri və ya torpaq sahələrinə aid deyil. Həmçinin çoxmənzilli yaşayış binaları da var ki, hələ də çıxarışla təmin olunmayıb. Portal istifadəyə verildikdən sonra həmin mənzillərin də çıxarışla təmin olunması gözləniləndir.
Ətraflı videomaterialda.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












