FHN əməkdaşı zəlzələni araşdırmağa getdi, maşın vurdu

Zaqatalada Heydər Əliyev prospektində baş verən yol qəzası piyadanın vurulması ilə nəticələnib. ANS-in məlumatına görə, rayon sakini, Mohma Məmmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 63 yaşlı Bakı şəhər sakini Malik Cəbiyevi vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Malik Cəbiyev dərhal xəstəxanaya yerləşdirilib. Lakin ağır kəllə-beyin travması və digər bədən xəsarətləri alan Malik Cəbiyevin vəziyyəti nəzərə alınaraq o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsində xəsarət alan Malik Cəbiyev Fövqaladə Hallar Nazirliyinin nümayəndəsidir. O, iyunun 29-u Zaqatalada baş verən zəlzələdən sonra vəziyyəti qiymətləndirmək üçün nazirlik tərəfindən rayona ezam edilən komisiya üzvülərindən biridir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












