FHN: Ermənilərin mülki obyektləri atəşə tutması nəticəsində dağıntı və yanğınlar olub

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Füzuli rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin yanar konstruksiyaları alovlanıb. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bərdə rayonuna mərmi düşməsi nəticəsində vətəndaşa məxsus fərdi yaşayış evin dam örtüyünün yanar konstruksiyaları və bir otağının yanar konstruksiyaları qismən yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Ağdam rayonuna düşmüş mərmi vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO












