FHN Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə kökləyir.
FHN-dən verilən məlumata görə, bu gün dünyanın ən qüdrətli orduları sırasında ön yerlərdə dayanan Azərbaycan Ordusu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində ən müasir hərbi texnika və avadanlıqlarla təchiz edilib.
Ordumuza zəfər yürüşündə mənəvi dəstək olmaq və həmrəylik nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 305 min manat vəsait köçürüb.
Qeyd edək ki, FHN-in əməkdaşları davamlı olaraq könüllü surətdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











