“Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "ro-ro" tipli “Fikrət Əmirov” gəmisi əsaslı təmirdən çıxıb. Qurumdan verilən məlumata görə, martın 10-dan başlayan təmir işləri bütün gəmini əhatə edib. Belə ki, gəminin 3350 m2 sualtı və 2580 m2 suüstü hissələri təmizlənərək rənglənib. Yük anbarlarında, ballast bölmələrində və s. yerlərdə korroziyaya uğramış metal təbəqələr dəyişdirilib. Bu məqsədlə bütövlükdə 30 ton metal işlədilib. Gəminin baş və köməkçi mühərrikləri, avar valı, sükan və yardımçı sükan qurğuları, bütün nasosları əsaslı təmir olunub. Bundan əlavə, gəminin yanğınsöndürmə, qurutma, soyutma, buxar, içməli su sistemləri də bərpa edilib. “Fikrət Əmirov” gəmisi zavodun körpüsünü tərk etdikdən sonra hər səfərdə təkərli texnika ilə yanaşı, 36 sərnişin də daşıya biləcək.
Bu, 2015-ci ildə “Zığ” Gəmi Təmiri Zavodunda beynəlxalq tələblərə uyğun təmir olunan sayca 22-ci gəmidir.
Emin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












