Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Avtosfer.az-a nazirliyə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Mərkəzi Klinik Xəstəxanada, Bakı Reabilitasiya Mərkəzində və 8 saylı uşaq poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhəri ərazisində yerləşən çimərliklərdə, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Azərişıq” ASC-nin Şimal-qərb Regional Enerji Təchizatı və Satış İdarəsində, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən Nohurgöl yaxınlığında fəaliyyət göstərən iaşə obyektlərində və “Savalan Aspi-Winery” üzüm emalı zavodunda, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Gəncə Regional Mərkəzi tərəfindən 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində və Gəncə Kardioloji Xəstəxanasında, Aran Regional Mərkəzi tərəfindən Yevlax rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon Suvarma Sistemləri idarəsində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA














