“Fövqəladə hallarda könüllülük” mövzusunda təlim keçirilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə Hallar Könüllüləri” proqramının və İtaliyanın Qızıl Xaç Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarda könüllülük” mövzusunda təlim keçirilib.
Avtosfer.az xəbər verir ki, təlimdə “Fövqəladə Hallar Könüllüləri” proqramına cəlb olunmuş könüllülər, FHN-in axtarış-xilasetmə, yanğından mühafizə, mülki müdafiə, ilkin və psixoloji yardım, informasiya-kommunikasiya texnologiyalarının təşkili və təhlükəsizliyi üzrə təlimçiləri, Nazirliyin Akademiyasının əməkdaşları, həmçinin İtaliyanın Qızıl Xaç Cəmiyyətinin könüllülük fəaliyyəti üzrə mütəxəssisləri iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd fəlakətlərin qarşısının alınması, cavab tədbirləri imkanlarının gücləndirilməsi, eləcə də bu istiqamətlərdə dayanıqlığın təmin edilməsi üçün könüllülük fəaliyyətinin mülki müdafiə sisteminə inteqrasiyası, o cümlədən könüllülüyün idarə edilməsi və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması olub. Eyni zamanda, sözügedən təlim strukturlaşdırılmış müvafiq təlim proqramının tətbiqi, habelə təbii və texnogen xarakterli fəlakət risklərinin monitorinqi, fəlakətlərin xəbərdar edilməsi və maarifləndirmə sahəsində könüllülük fəaliyyətinin əhatə olunması üzrə imkanların və bacarıqların artırımasına yönəlib.
Təlimlər zamanı qruplar üzrə müvafiq tapşırıqlar yerinə yetirilib, simulyativ xarakterli sahə məşğələsi təşkil edilib.
Həmçinin, Akademiyanın ərazisində yerləşən poliqonda Nazirliyin aidiyyəti qurumlarının şəxsi heyəti və müvafiq təyinatlı texnikaları cəlb edilməklə könüllülərlə açıq havada praktiki təlilmlər (yanğının söndürülməsi, hündürlükdən xilasetmə işlərinin aparılması, səhra çadırının qurulması, dağıntılar altından zərərçəkmişin çıxarılması, xəsarət alanlara ilkin yardımın göstərilməsi) keçirilib.
Təlimlər zamanı qeyd olunan sahələr üzrə birgə müzakirələr aparılıb, könüllüləri maraqlandıran suallar cavablandırılıb, müvafiq sertifikatlar təqdim edilib.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












