Fransa mətbuatında işğalçı Ermənistan ordusunun təxribatları ilə bağlı məqalə yayımlanıb

Fransa mətbuatında fransız tarixçi-jurnalist Alain Roumestandın müəllifliyi ilə "Son xəbərlər: Azərbaycan-Ermənistan münaqişəsi - əgər obyektiv olsaq" başlıqlı məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Oxucu hər hansı bir məsələ barədə qəti qərar verməzdən əvvəl birtərəfli deyil, tamamilə hərtərəfli məlumatlanmalıdır" cümləsi ilə başlayan məqalədə fransız tarixçi-jurnalist bildirir ki, BMT qətnamələrinə əhəmiyyət vermədən 30 ilə yaxındır ki Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan bu ilin sentyabrın 27-də atdığı 3 raketlə Azərbaycanı müharibəyə təhrik edib.
"Ermənistan münaqişə ərazisi olmayan böyük şəhərləri - hətta paytaxta yaxın əraziləri də ballistik raketlərlə hədəfə alaraq Azərbaycan tərəfini birbaşa Ermənistana hücum etməyə, beləliklə də münaqişənin miqyasını genişləndirməyə çalışır. 1997-ci ildən Fransa, Amerika və Rusiya üçlüyü Minsk qrupunda iki ölkə arasında münaqişənin həllinə cavabdehdir. Məsələyə rəsmi münasibət olaraq neytrallıq nümayiş etdirməlidirlər" fikirləri də məqalədə öz əksini tapıb.
Məqalənin sonunda Ermənistanın avqust ayında Beyrutdakı partlayışdan sonra 150 ailəni işğal olunmuş ərazilərdə yerləşdirdiyi, iyulda Tovuz hadisələrindən sonra Ermənistanın İraqdakı səfirinin PKK ilə danışıqlar apardığı, döyüşçüləri İran üzərindən Ermənistana göndərdiyi və digər bu kimi məsələlərə də toxunulur.
Məqalənin tam mətni bu linkdə:
https://www.agoravox.fr/actualites/international/article/breaking-news-conflit-azerbaidjan-227575

Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO












