Fransa XİN: “Dağlıq Qarabağın müstəqilliyini tanımayacağıq”

Fransanın Avropa və Xarici İşlər naziri Jan İv Lö Drian bu gün ölkə hökumətinin Milli Assambleyasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnaməsinə münasibətini açıqlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, nazir qondarma rejimin müstəqilliyinin tanınmayacağını qeyd edib.
“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”, - deyə Jan İv Lö Drian Milli Assambleyada qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına dair qətnamənin müzakirəsi zamanı vurğulayıb.
Jan İv Lö Drian qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması fikri ilə razı olmadığını bildirib. O, vurğulayıb ki, erməni dostlarının özləri də bunu istəmirlər.
Nazir belə bir qərarın qəbul ediləcəyi təqdirdə Fransanın Minsk qrupunun həmsədrliyindən getməli olacağını deyib.
“Bu da bizim vasitəçi rolumuzdan imtina etməyimiz deməkdir”, - nazir əlavə edib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












