Avtosfer.az | Reklam
Füzuli şəhərinin azad olunmasından sonra Ermənistan ordusu təslim olmaq ərəfəsindədir - Deputat
Gündəm 17 Oktyabr 2020 21:00 Oxunub 1252
Füzuli şəhərinin azad olunmasından sonra Ermənistan ordusu təslim olmaq ərəfəsindədir - Deputat

Ali baş komandanın rəhbərliyi altında ardıcıl olaraq həyata keçirilən hücumlar nəticəsində Azərbaycan ordusunun düşməni ciddi məğlubiyyətə uğratması, son olaraq da Füzuli şəhərini və rayonun bir sıra kəndlərini işğalçı Ermənistan ordusundan xilas etməsindən sonra mənfur düşmənin müqavimət qabiliyyəti tam tükənib. Düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Artıq Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir.

Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, cəbhədə ardıcıl məğlubiyyət iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər: "Hakimiyyətin ilk vaxtlarında özünü demokrat kimi göstərməyə çalışan Paşinyan isə artıq bir faşist diktatora çevrilib. Onun Ermənistanda müxalif fikirli insanları həbs etdirməsi, əsas müxalifət rəhbərlərini müxtəlif yollarla və formalarda cəzalandırması erməni xalqı arasında da böyük narazılıq və ruh düşkünlüyünə səbəb olub. Çünki Paşinyanın hakimiyyətə gəlişi Ermənistanı hərbi xunta rejimindən xilas etmədi

Deputat bildirib ki, hazırda ordunun şəxsi heyətində ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar. Özgə torpaqlarında döyüşmək istəməyən erməni əsgərləri arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası isə heç bir nəticə vermir:

“Artıq sosial şəbəkələrdə erməni əsgər və zabitləri arasında hətta əlbəyaxa davaların da meydana gəlməsi görüntüləri yayılıb. Bu isə Ermənistan ordusunun tam xaos vəziyyətində olduğunu göstərir. İnsanlar hərbi çağırış məntəqələrinin qarşısını kəsir, onların fəaliyyətini iflic vəziyyətinə salırlar. Bizim ordumuz isə tam rəşadət və şücaət göstərməklə yeni-yeni torpaqlar azad edir, Azərbaycan bayrağını doğma torpaqlarımızda dalğalandırırlar. Bunun nəticəsidir ki, artıq Paşinyan hakimiyyəti də məğlubiyyətlə barışıb. Sadəcə öz xalqını aldatmaqla məşğul olduğu üçün mətbuatdan bunu gizlətməyə çalışır”.

V.İskəndərov qeyd edib ki, Ermənistanda və orduda mövcud vəziyyət Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb: Artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır. “Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etdiyi, işğal altında olan əraziləri tərk etməyə hazır olduğu barədə mesajlar ötürür. Bu isə onu deməyə əsas verir ki, xalqımızın iradəsi, ali baş komandanın ətrafında birlik nümayiş etdirməsi, qəhrəmancasına doğma torpaqları uğrunda mübarizəsi düşməni dizə gətirib”.

Deputat son olaraq qeyd edib ki, Ermənistan siyasi, iqtisadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyub və belə bir vəziyyətdə Paşinyan hakimiyyəti çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh