Füzulidə ermənilərin atdığı ağ fosforlu tüstülü mərmi aşkarlanıb - FOTO

Oktyabrın 8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qruplarının Füzuli rayonu ərazisində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 122 millimetrlik tüstülü top mərmisi (D-4) aşkarlanıb.
ANAMA-dan bildiriblər ki, mərminin tərkibində 3,6 kiloqram ağ fosfor (P-4) var. Bu cür mərmilərin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır.
Sentyabrın 27-dən oktyabrın 8-dək ANAMA tərəfindən 339 siqnal (əməliyyat çağırışı) əsasında 313 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 73 ədəd partlamamış hərbi sursat, 598 ədəd bombacıq, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 2 ədəd kamikadze dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 100 ədəd partlamış raket hissələri aşkarlanıb.











“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












