Gecə-gündüz işləyən “MOYKALAR”: Narazı sakinlər şikayətini kimə bildirməlidir? – AÇIQLAMA

İnsanların sıx yaşadığı ərazilərdə onlara vacib olan obyektlərin olması mühim məsələdir. Lakin evində rahat dincəlmək istəyən, körpəsi, yaşlısı, xəstəsi olan insanlar urbanzasiya problemlərinin qurbanı olurlar. Sözügedən əraziləri ən yaxşı obyekt, biznes yeri görən sahibkarlar da sui-istifadə edərək qaydaları pozmaqdan çəkinmirlər. Elə el deyimi ilə desək, “moyka” yəni avto yuma məntəqələrinin sahibləri kimi.
Redaksiyamıza daxil olan müraciətdə bir çox vətəndaş yaşadığı evə yaxında olan bu məntəqələrin onlara narahatlıq yaratdığını bildirirlər.
Şikayətçi Aynur Babayeva da həmin narazı şəxslərdən biridir. O, Bizim.Media-ya açıqlamasında bildirir ki, evlərinin yaxınlığındakı avto yuma məntəqəsinə nəzarət yoxdur və bu onları narahat edir:
“Yaşadığımız binanın arxasında 50 qəpiklik moyka quraşdırıblar. Ona pul salaraq maşını təmizləyirsən. Əksəriyyətiniz bilirsiniz ki, bu moykalar gecə-gündüz işləyir. Şikayət edərək, gecə 12-dən səhər saat 5-6 a qədər fəaliyyətini dayandırmışdılar. O da azmış kimi gətirib tozsoran da qoydular. Biz evdə səsdən otura bilmirik. Üstəlik maşınını yuyan şəxslər binanın qarşısında mahnılara səs verərək, maşın silirlər”, - deyə qeyd edən şikayətçi problemin həlli üçün kimə müraciət edəcəklərindən xəbərsizdirlər.
Hüquqşünas Əsabəli Mustafayev qeyd edir ki, sakinlər şikayətlərini bildirməkdə rahatdırlar və bu qaydalar qanunvericiliklə də təsbit olunub:
“Qanunvericiliklə təsbit olunub ki, yaşayış məntəqələrinə yaxın ərazilərdə fəaliyyət göstərən obyektlər müəyyən qaydalara riayət etməlidir. Həmin müəssisələr ətraf mühiti çirkləndirməməli və sakinlərin yaşayışına maneə yaratmamalıdır.
Əks təqdirdə, vətəndaş Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidir. Bu zaman qurum tərəfindən obyektlərdə yaradılan səs-küy, narahatlıqla bağlı yoxlanışlar aparılmalıdır. Qanun pozuntusu aşkarlanarsa, barələrində inzibati xətalar törətməkləri ilə bağlı protokol tərtib edilə bilər. Əgər sakinlərin narazılığı çirkləndirmə ilə bağlıdırsa, bu zaman rayon icra hakimiyyətinə müraciət etməlidirlər”, - deyə Ə.Mustafayev bildirib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












