Gecələr maşını qaraja salmayanlara təhlükə xəbərdarlığı - FOTOLAR

Binəqədi rayon sakini Sebuhi Mubariz oglu Abbasov Avtosfer.az saytına müraciət edərək avtomobilinin güzgülərinin oğurlandığını bildirib. Oxucumuz yazır: «Axşam rahat yatırsan, tezdən yuxudan duranda görürsən ki, maşının güzgülərini kimsə açıb götürüb». Həm də peşəkarcasına. Binəqədi rayonu Ənvər Əlixanlı 4 ünvanında açıq aşkar oğurluq cinayətinə çox təəccübləndim. Lakin qonşuların "burda belə şeylər tez-tez olur"deməsi açığı, məni çox təəccübləndirdi. Binəqədi rayon Polis İdarəsinin 4cü polis bölməsinə məlumat verdim. Sağolsunlar, böyük hörmət və izzətlə qarşıladılar. Cinayətkarı tez bir zamanda tapacaqlarına və belə halların təkrarlanmaması üçün əllərindən gələni edəcəklərini dedilər. Amma ən sonda isə ziyanın ödənilməsi mexanizminin olmadığını deyəndə kefim lap korlandı. Heç olmasa, cinayətkarı tapsalar, yenə maşını qorxa-qorxa saxlamarıq».
Hər halda, avtomobili nəzarətsiz yerlərdə saxlamağa görə heç kim məsuliyyət daşımır. Bu cür təhlükələrdən uzaq olmaq üçün dayanacaqlardan istifadə etmək vacibdir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO















