Gədəbəyin kənd sakinləri haray qopardı: “Yolumuz, işığımız, qazımız yoxdur” - VİDEO

Gədəbəy rayonu Dəyəqarabulaq kəndinin əhalisi uzun illərdir acınacaqlı vəziyyətdə yaşayır.
Sakinlərdən biri bu barədə Avtosfer.az-a videomaterial göndərib. Görüntüdən aydın olduğu kimi, kəndin daşlı-qayalı, palçıqlı yolu həm vətəndaşların, həm də nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır. Şikayətçinin sözlərinə görə, xüsusilə əlverişsiz hava şəraitində yollardan istifadə mümkünsüz hala gəlir. Hətta sakinlər kəndin daş-kəsəkli yolunda ilişib qalan avtomobillərin hərəkətini bərpa etmək üçün kəndirdən istifadə edirlər. Yağışlı havada yolla gedən vətəndaşların çıxış yolu isə uzunboğaz çəkmələrdir.
Təəssüf ki, kəndin problemi bununla da bitmir. Sakin, üç kəndin birləşdiyi ərazidə işıq və qaz probleminin mövcud olduğunu bildirib. Belə ki, kənd əhalisi illərdir bu problemdən əziyyət çəkir. Lakin saysız müraciətlərə baxmayaraq kənddə işığın, qazın olmaması hələ də həllini tapmayan məsələ olaraq qalır. Məhz bu səbəblərdən kənd sakinlərinin əksəriyyəti öz doğma yurdlarını tərk edərək Bakı, Gəncə, Şəmkir və digər bölgələrdə məskunlaşmağa məcbur olublar. Kənddə qalan vətəndaşlar isə bu problemlərlə mübarizə aparmağa davam edirlər.
Üzərimizə düşən vəzifəni yerinə yetirərək aktual olan məsələni işıqlandırdıq. Ümid edirik ki, inkişaf etmiş ölkəmizdə keçən əsri xatırladan kəndin bitib-tükənməyən problemi qısa zamanda aradan qaldırılacaq.
Nərmin
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












