“Geely Azərbaycan” Camal Alxasova avtomobil hədiyyə etdi - FOTO

Torpaqlarımızın bütövlüyü uğrunda gedən Vətən müharibəsində hər iki ayağını itirmiş qazimiz Camal Alxasova “Geely Azərbaycan” yeni model avtomobil hədiyyə edib.
“Efendiler Group”-un sahibi iş adamı Ə.Ənvərli avtomobili şəxsən özü təqdim edib.
Sahibkar həmçinin digər iş adamları və şirkət sahiblərinə çağırış edərək onların da qazilərimizə, eləcə də şəhid ailələrinə dəstək olmağa çağırdı. Sahibkar müharibənin bitdiyini, lakin mübarizə zamanının gəldiyini vurğuladı:
"44 günlük Vətən Müharibəsində bizə sevinc yaşatmış bütün qazi və şəhidlərimizi, onların ailələrini unutmamalı, ömrümüzün sonuna qədər onların sevincinə və kədərinə şərik olmalıyıq. Azərbaycan xalqının Vətən Müharibəsindəki qələbəsinin ən əsas amili yaşlısından tutmuş körpəsinə qədər hərkəsin Ali Baş Komandanımız Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi və ona sonsuz güvənci şübhəsiz ki, bizlərə bu günləri yaşadır".
Qeyd edək ki “Efendiler Group”un 20 illik fəaliyyəti dövründə ictimailəşmiş dəstəkləri və yardım kampaniyaları olub, eləcə də COVİD-19-la mübarizədə və Vətən Müharibəsində şirkət bütün imkanlarından istifadə edib və bundan sonrada edəcəyini söz verib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar















