Gələn ildən marşrutlarda ödənişləri belə edəcəksiniz...

İctimai nəqliyyatda nağdsız ödəniş imkanlarının genişləndirilməsi fonunda NFC dəstəyi olmayan plastik bank kartları ilə ödənişin mümkün olub-olmaması müzakirə mövzusuna çevrilib.
Bəs, NFC dəstəyi olmayan plastik bank kartları ilə ictimai nəqliyyatda ödəniş texniki olaraq mümkünləşə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu sistem post-terminal prinsipi ilə deyil, məhz NFC texnologiyası üzərindən işləyir:
“Bu, post-terminal deyil. Nağdsız ödəniş anlayışı artıq özü-özlüyündə NFC dəstəyini ehtiva edir. Bu gün müasir bank kartlarının demək olar ki, hamısı NFC dəstəkləyir. İstər pensiya, istər tələbə kartı olsun, hamısı NFC ilə təmin edilib”.
Ekspertin sözlərinə görə, bank kartı ilə ödəniş sistemi sərnişinlər üçün əlavə rahatlıq yaradır:
“Bank kartı ilə ödəniş insanların internetdən, telefondan və ya ayrıca terminallardan asılılığını aradan qaldırır. Sadəcə kartı validatora yaxınlaşdırmaq kifayətdir. NFC dəstəkləyən kartla ödənişi rahat şəkildə etmək mümkündür.”
Rauf Ağamirzəyev qeyd edib ki, sistem hazırda ilkin mərhələdə test rejimində tətbiq olunur:
“Hazırda Sumqayıt istiqamətində və hava limanına gedən avtobuslarda test olunur. Çox güman ki, gələn il ərzində bu sistem tam şəkildə bütün marşrutlara şamil ediləcək.”
Ekspert əlavə edib ki, layihənin tam tətbiqi ictimai nəqliyyatda ödəniş prosesini sadələşdirəcək və sərnişin məmnunluğunu əhəmiyyətli dərəcədə artıracaq.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












