Gəncədə 3 maşın toqquşdu, 3 yaralı
Gündəm
27 İyun 2014 14:11

Qəzaya “Opel”in sürücüsünün yol hərəkəti qaydasını pozmasının səbəb olduğu aydınlaşıb
Gəncə şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 17 yaşlı Nicat Yunislinin idarə etdiyi “OPEL”, 23 yaşlı Qabil Yaqublunun idarə etdiyi “VAZ 2106” və 27 yaşlı Orxan Cəfərovun idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub. Qəza zamanı sürücülər, Orxan Cəfərov və Nicat Yunisli, xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Baş Polis İdarəsindən bildiriblər ki, ilkin araşdırma zamanı qəzaya “Opel” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozmasının səbəb olduğu aydınlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1816
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
ŞƏRH YAZ












