Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Nazirliyin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.
Aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Gültən
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











