Gəncədə işıqlar söndü, yollarda sıxlıq yarandı

Gəncədə bir neçə küçə və prospektdə işıqforlar işləmir.
Avtosfer.az “Report”a istinadla xəbər verir ki, işıqforların işləmədiyi ərazilərə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cəlb olunub və nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün nəzərdə tutulmuş qaydada xidmət göstərilir.
Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda şəhər ərazisində bir neçə küçədə yollar asfaltlanır:
“Yeraltı elektrik kabellərinin yerinin dəyişdirilməsi və nasaz kabellərin bərpası işləri də həyata keçirilir. Görülən işlər başa çatdıqdan sonra ərazidə elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılacaq və həmin ərazilərdə olan işıqforların işi bərpa olunacaq”.
Qeyd edək ki, işıqforların işləməməsi ərazidən keçən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaradıb.
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO












