Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir - FOTO

Gəncədə Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, son vaxtlar koronavirusa yoluxma hallarının artması nəzərə alınaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən tibbi-profilaktiki işlər gücləndirilib.
Səhər saatlarından başlayaraq Gəncədə xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb ediliblər.
Dezinfeksiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı, Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər dayanacaqları, çoxmənzilli yaşayış binaları və həyətləri əhatə edib.
Qeyd edək ki, dezinfeksiya işləri müəyyən edilmiş qrafik üzrə mütəmadi olaraq aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












