Gəncənin raket atəşinə tutulması Moldova mediasında

Moldovanın NOİ.MD informasiya portalında Azərbaycanın Moldovadakı səfirliyinin açıqlaması yayımlanıb.
Avtosfer.az axar-a istinadən xəbər verir ki, “Azərbaycan”: Cəzasız qalma yeni hərbi cinayətləri törətməyə imkan yaradır" sərlövhəli yazıda humanitar atəşkəsi pozan və bu atəşkəsin arxasında gizlənən Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri Gəncə əhalisinin sıx məskunlaşdığı yaşayış hissəsini atəşə tutması qeyd olunub.
“Ermənistan Azərbaycan mülki vətəndaşlarına hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”, - deyə səfirliyin bəyanatında bildirilir.
Bundan əlavə bəyanatda vurğulanır ki, 10 oktyabr saat 12:00-da humanitar atəşkəsin qüvvəyə minməsindən yarım saat sonra, 12:30-da Azərbaycan Müdafiə Nazirliyi Tərtər və Ağdam bölgələrinin düşmən tərəfindən atəşə tutulması ilə bağlı təcili məlumat verib. Düşmənin silahlı qüvvələrinin birləşmələri cəbhənin müxtəlif istiqamətlərində hücuma keçməyə cəhd ediblər. "Bu, yalnız atəşkəsin deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinin, 1949-cu il Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının birbaşa qəsdən pozulmasıdır” - bəyanatda deyilir.
Yazıda qeyd olunur ki, 11 oktyabr saat 02:00 radələrində, Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzində yerləşən yaşayış binasına raket zərbəsi nəticəsində 10 nəfər həlak olub, 30-dan çox mülki şəxs, o cümlədən uşaqlar ağır yaralanıb, çox sayda mülki obyektlərə ziyan dəyib. Qocaların, uşaqların, qadınların yaralandığı qeyd olunur.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












