Gəncəyə raket zərbələri İtaliya mətbuatının diqqət mərkəzində

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, nüfuzlu qəzetləri, televiziya kanalları, xəbər agentlikləri, o cümlədən “Rai”, “Mediaset”, “Ansa”, “Agi”, “La7”, “İl Sole 24 Ore”, “İl Giornale”, “Adnkronos”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occho Notizie”, “Gazzetta di Parma”, “Telenicosia”, “Politicamente Corretto”, “MSN”, “Quotidiano Countribuenti”, “Prima Press”, “Globus Magazine”, “La Gazetta del Mezzogiorno”, “La Nuova Sardegna”, “Quotidiano”, “Politica News”, “Altoadige”, “Inews24”, “Giornale del Trento”, “Prealpina”, “Agenia Nova”, “Corriere Quotidinao”, “La Presse”, “Unionsarda”, “Il Giornaleditalia”, “Open Online” və sair kimi mətbuat orqanları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raket atəşinə tutması haqqında məlumatlar və videoreportajlar yayımlayıblar.
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən Avtosfer.az-a verilən məlumata görə, məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza bugünkü müraciətində bu mövzu ilə bağlı fikirlərindən sitat gətirilərək baş verənlərin hərbi cinayət olduğu və Ermənistanın cavabının Azərbaycan tərəfindən döyüş meydanında verildiyi bildirilir.
Məlumatlarda, eləcə də Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin məlumatlarına əsasən Ermənistanın bu hərbi cinayətinin ağır nəticələri barədə danışılır, cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumun ciddi sayda mülki insanların itkisinə səbəb olduğu, 14 şəxsin, o cümlədən 2 uşağın həyatını itirdiyi, 50-dən çox insanın ciddi yaralandığı, çoxsaylı yaşayış binalarının və geniş ərazinin dağıdıldığı, Gəncəyə atılan raketlərin SCUD/Elbrus taktiki ballistik raketlər olduğu, bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirdiyi vurğulanır.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










