“General Əliağa Şıxlinski” gəmisi təmir edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 600 ton yükqaldırma gücünə malik kranı olan “General Əliağa Şıxlinski” gəmisinin təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. ASCO-dan Avtosfer.az-a verilən məlumata görə, təmir müddətində pər-sükan qurğuları elektrik mühərrikləri ilə birlikdə, 600 tonluq kran qolu (strela) demontaj olunaraq çıxarılıb və əsaslı təmirdən sonra yerinə quraşdırılıb. Kranın bütün burazları dəyişdirilib, yük göyərtəsi və üst tikili təmizlənərək rənglənib. Eyni zamanda digər maşın və mexanizmlərə baxış keçirilib və lazım olan texniki xidmət göstərilib.
İşlər başa çatdıqdan sonra gəminin kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
“General Əliağa Şıxlinski” kran gəmisi dənizdə neft və qazçıxarma obyektlərinin tikintisində fəal iştirak edib və hazırda da xidmətini davam etdirir. Bu gəminin uzunluğu 141.4, eni 54.5 metrdir. Gəmi 3×2510 at gücünə malik sükan-pər qurğuları ilə (VRK) təchiz olunub.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











