Geriyə maşın sürərkən bu cür qəza törətdi- VİDEO

Gündəm 17 Avqust 2014 01:37 Oxunub 3362
Geriyə maşın sürərkən bu cür qəza törətdi- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili geriyə sürmək məsuliyyətli işdir və diqqət tələb edir

Bəzən sürücülər özləri də etiraf edirlər ki, avtomobili arxaya sürmək olduqca çətin işdir. Bəzilərinə isə bu iş su içmək kimi asan görünür. Amma bütün hallarda avtomobili geriyə sürərkən olduqca diqqət göstərmək lazımdır. Avtosfer.az-ın DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi bu videomateriala diqqətlə baxmaq kifayət edər ki, avtomobili arxaya sürərkən sürücü son dərəcə ayıq-sayıq olmalıdır. Əslində, bu qəzada sürücü bir dəfə arxaya baxır və arxada heç bir maneə görmür. Lakin bir neçə saniyənin içərisində ağ rəngli «Hundai» markalı maşın geriyə hərəkət edən «Toyota Camry»nin yoluna çıxır və toqquşma baş verir. Düzdür, avtomobillərə o qədər də ağır ziyan dəymir. Lakin bu faktın özü bir daha sübut edir ki, həqiqətən də avtomobili arxaya sürmək çətin işdir və son dərəcə diqqət tələb edir. Çünki hər şey bir neçə saniyənin içərisində baş verir.

Bu qəzada ağ rəngli «Hundai»ın körpünün üstündən sağa dönməsinin düzgün olub-olmadığı başqa mövzudur. Əsas odur ki, onu idarə edən sürücü dönür və qəza baş verir. Səbəbi də göz qabağındadır.

Yadda saxlamaq üçün xatırladaq ki, sürücü avtomobili arxaya sürərkən yan və salon güzgülərindən istifadə etməli və ya sağ qolunu sağ oturacağın baş tərəfinə keçirərək arxaya diqqətlə baxmalıdır. Bu halda güzgülərdən istifadə etməyi unutmaq da olmaz. Bir sözlə, avtomobili qabağa iki gözlə sürürüksə, arxaya sürərkən «dördgöz» olmaq lazımdır. Əks halda, bu cür qəzalar qaçılmazdır. Bundan əlavə, bir vacib məqama da diqqət yetirək. Son vaxtlar Azərbaycanda bir neçə bədbəxt hadisə barədə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Məlumatların mahiyyəti bundan ibarətdir ki, ata idarə etdiyi avtomobili arxaya sürərkən azyaşlı övladını vurub öldürüb. Bu cür faktlarla son 3 ay ərzində iki dəfə rastlaşmışıq. Odur ki, sükan arxasında son dərəcə diqqətli olmaq lazımdır. Avtomobili istər irəli, istərsə də geri sürərkən ehtiyyatlı davranın. Özünüzü və yaxınlarınızı qoruyun!

 

Elməddin MURADLI

ŞƏRH YAZ
Ad

E-mail

Şərh