Gizli radar quraşdırılan «Niva»nın yeri bəlli oldu - VİDEO

Ötən həftə respublika ərazisindəki yolların birində «Niva» markalı avtomobilə gizlin radar quraşdırılması barədə verdiyimiz məlumatla bağlı yeni xəbərlər əldə etmişik. Avtosfer.az-ın əməkdaşı «Niva» markalı, 10 YP 791 dövlət nömrə nişanlı avtomobilin dayandığı yeri öyrənib. Məlum olub ki, həmin avtomobil İsmayıllı rayonunun girişindəki Dövlət Yol Polisi postunda dayanır. Xarici görkəmindən nasaz və sınıq-salxaq görünən həmin avtomobil gecə-gündüh postun qarşısında olur. Daha doğrusu, elə eyni yerdə qalır.
Bu videonu Avtosfer.az-a göndərən oxucu isə bildirir ki, bu video saytımızda yayılandan sonra «Niva» öz fəaliyyətini «dondurub». Maşında radarara nəzarət edən şəxs isə yoxa çıxıb: ««Niva»da radara nəzarət edən mülki şəxsin kimliyi maraq doğurur. Onun DYP postunda nə işi var? DYP radarına niyə mülki şəxs nəzarət edir?». Oxucu maraqlı suallar verir. Biz isə birr daha qeyd edirik ki, ola bilsin, bunlar köhnə kadrlardır. Amma yeni qanunvericiliyə görə bütün radarlar, o cümlədən mobil gizli radarlar Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi-Məlumat Xidmətinə (MMX) inteqrasiya olunmuş olmalıdır. Əks halda, həmin texniki vasitələrdən istifadə qanunsuz sayılır. Kadrda görünən adam, yəni, «Niva»da oturub radarlara nəzarət edən mülki şəxs YPX əməkdaşı deyilsə, bu da kobud qanun pozuntusudur. Həmin adam YPX əməkdaşı olaraq mülki formada gizli xidmət edə bilər. Amma həmin işə kənar adamı cəlb etmək qanun pozuntusudur. Ümumiyyətlə, «Nivada»kı radar hər bir halda qanunsuzdur, çünki MMX ilə inteqrasiyası yoxdur. Bu, həmin postda xidmət aparan yol polislərinin öz yanından gizli xidmətidir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












