Goranboy və Qazaxda minaatan mərmisi, qumbaralar aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy və Qazax rayonları ərazisində mərmilərin tapılması barədə məlumatlar daxil olub.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupları, Daxili İşlər Nazirliyinin Goranboy, Qazax rayon Polis Şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Goranboy, Qazax rayon Polis Şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisindən 1 ədəd 60 mm-lik M-49 minaatan mərmisi, 3 ədəd F-1 əl qumbarası, 1 ədəd RQO əl qumbarası, 1 ədəd RQN əl qumbarası, 1 ədəd RPQ-18 silahı (raketi ilə birlikdə), 3 264 ədəd müxtəlif çaplı patron, 9 ədəd daraq (boş), Qazax rayonunun Fərəhli kəndi ərazisindən isə 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.




Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı










