Goranboyda baş verən təbii fəlakətlə bağlı MƏLUMAT

Dünən yağan güclü yağış nəticəsində sel suları Goranboy rayonunun Aşağı Ağcakənd kəndi ərazisində məcburi köçkünlər üçün salınmış 306 fərdi evdən ibarət qəsəbəyə də ziyan vurub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, sel qəsəbənin daxili yol və küçələrini basıb, 12 fərdi evin zirzəmisinə su dolub. Məcburi köçkün ailələrin yardımçı təsərrüfatlarına da ziyan dəyib: ev quşları arasında tələfat var, həyətyanı sahələrdə bəzi ağaclar və əkinlər məhv olub. Qaçqınların və Məcbrui Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakıdan ezam olunmuş müvafiq strukturlarının əməkdaşları təbii fəlakət baş vermiş ərazidədir. Dövlət Komitəsinin Mənzil-Kommunal İstismar Departamentinin Goranboy mənzil-istismar sahəsinin (MİS) işçi qüvvəsi və texniki vasitələri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb edilib. MİS-in rəisi Seymur Çobanov bildirib ki, hazırda qəsəbədə sel sularının törətdiyi fəsadlar aradan qaldırılır, zərər görmüş evlərin zirzəmiləri sudan təmizlənir, məcburi köçkün ailələrə dəyən zərər dəqiqləşdirilir.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












