Göygöldə evə silahlı basqın edən maskalılar saxlanıldı - FOTO

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus evə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən, ev sakinlərinə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə sentyabr ayının 26-sı səhər saatlarında rayonun Qızılqaya qəsəbə sakini Fikrət Əliyev RPŞ-yə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini, özünə və yoldaşı - İradə Əliyevaya bıçaqla çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra 600 manat nəğd pul, bir ədəd mobil telefon və digər əşyaları götürüb qaçdıqlarını bildirib.
Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin əvvəllər dəfələrlə məhkum olunmuş Həmid Abdullayev və Azər Səmədov olduqları müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf edərək əvvəlcədən planlaşdırdıqlarını bildirərək hadisənin törədilməsində istifadə olunan 1 ədəd tapançaya bənzər alışqanı istintaqa təqdim ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.



Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












