Güclü külək nə qədər maşın və evə ziyan vurub? - Ödənilən məbləğ

Məlum olduğu kimi, 2-5 fevral 2026-cı il tarixlərdə ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti müşahidə olunub. Qeyd olunan tarixdə paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili sığorta hadisələri qeydə alınıb.
Maraqlıdır ki, 4 gün ərzində nə qədər sığorta hadisəsi baş verib və vətəndaşlara ödənilən vəsait nə qədər olub?
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, minə yaxın müraciət edilib:
"ASA-nın yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 2-5 fevral 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 946 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 776-sı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü, 156-sı "Kasko" sığorta növü, 12-si "Daşınmaz əmlakın icbari sığortası" növü, 2-si isə "Əmlakın yanğından və digər risklərdən sığortası" növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub. Məlumatlara görə, qiymətləndirilmiş 485 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 367 min 334 manat həcmində müəyyənləşdirilib. Qalan 461 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi ehtimal edilir.
Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71 %-i paytaxt Bakıda, 29 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb".
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?











