Güclü külək nə vaxt kəsəcək? - AÇIQLAMA

“Mayın 7-si saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O bildirib ki, Gədəbəy rayonunun dağlarına və Qrıza qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub:
“Mayın 7-də saat 01:17-01:19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinə diametri 0.5 sm olan dolu düşüb.
Düşən yağıntının miqdarı Qrızda 16 mm, Balakəndə 15 mm, Qubada 13 mm, Xınalıq, Şəkidə 12 mm, Qusarda 11 mm, Zaqatalada 10 mm, Şərur, Kürdəmir, Ləzə, Sarıbaşda 9 mm, Bərdə, Kişçay (Şəki), Xaltanda 8 mm, İsmayıllı, Daşkəsəndə 7 mm, Ağdərə (Ordubad), Göygöl, Şamaxı, Mingəçevir, Ağdamda 6 mm, Şahbuz, Gədəbəy, Şəmkir, Altıağac, Oğuz, Sabirabadda 5 mm, Culfa, Sədərək, Ağsuda 4 mm, Qəbələ, Yevlax, Göyçay, Tərtər, Şabranda 3 mm, Naxçıvan, Naftalan, Qobustan, İmişli, Cəfərxan, Qax, Yardımlıda 2 mm, Gəncə, Mingəçevir, Astara, Ordubad, Ağstafada 1 mm olub, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağıb”.
Xidmət rəisinin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Naftalanda 21 m/s, Sabirabadda 17 m/s, Biləsuvar, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 35 m/s, Binə, Pirallahıda 25 m/s, Neft Daşlarında 24 m/s, Çilov adasında 23 m/s, Sumqayıtda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.2 metrə çatıb:
“Güclü küləkli hava şəraiti mayın 8-i gündüzədək, qeyri-sabit, yağıntılı hava şəraiti isə mayın birinci ongünlüyünün sonunadək davam edəcək”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












