Güclü qar 60 nəfərin ölümünə səbəb oldu

Yaponiya hökuməti qarın təmizlənməsi üçün kifayət qədər resursun olmadığı ölkənin şimal bölgələrinə təcili maliyyə yardımı edəcək.
Bu barədə ölkənin dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyoşi Aqaba çərşənbə axşamı Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
Nazir güclü qar nəticəsində zərər görmüş evlərin qalıqlarını təmizləyərkən 60-dan çox insanın həlak olduğunu da qeyd edib.
“Təmizləmə işləri zamanı qeydə alınan ölüm hallarının sayından son dərəcə narahatıq. Dövlət qurumları qarın təhlükəsiz təmizlənməsi üçün lazımi vəsaiti tez bir zamanda hesablayacaq və bu işlərin həyata keçirilməsinə yardım edəcək”, - deyə K.Aqaba bildirib.
Qeyd edək ki, Yaponiyanın mərkəzi adası Honsyuda, eləcə də şimaldakı Hokkaydo adasında dekabr ayından başlayan qar dayanmaq bilmir.
Təbii fəlakət zamanı həlak olanların çoxu yaşlılardır. Onlar evlərin damından yıxılaraq və ya qar uçqunu altında qalaraq həlak olublar.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












