Güclü yağışlar yağdı: avtomagistrallar və yüzlərlə ev su altında qalıb - FOTO

Cənubi Koreyanın paytaxt regionunda güclü yağışlar yağıb, nəticədə yaşayış rayonlarının və avtomagistralların əhəmiyyətli hissəsi suyun altında qalıb. Bundan əvvəl yağışlar ölkənin cənub regionlarını bürüyüb, burada da ciddi ziyan qeydə alınıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Koreyanın Meteorologiya İdarəsi vətəndaşlara leysan yağışlar haqqında xəbərdar edən təcili bildirişlər göndərib. Yağıntının miqdarı bir saatda 50 millimetrdən və ya üç saatda 90 millimetrdən çox olduqda güclü yağış xəbərdarlığı verilir. Yağışlar Cənubi Koreyanın şimalındakı bir çox rayonlara da təsir edib, fövqəladə hallar xidmətləri dəyən ziyan barədə artıq 200-dən çox məlumat alıblar.
Səlahiyyətlilər, həmçinin yaşayış rayonlarında iki Koreya arasındakı sərhəd ərazisindən yağış axınları ilə gətirilə bilən piyadaya qarşı minaların peyda olması ehtimalı haqqında əhalini xəbərdar ediblər.
Bu gün, həmçinin paytaxt regionunda – Seul və Köngi vilayətində leysan yağışları ilə əlaqədar olaraq fırtına xəbərdarlığı elan olunub. Seulda iyulun 17-də səhər saat 9-a olan vəziyyətə görə 29 sahədə nəqliyyatın hərəkəti bağlı olub.
Meteorologiya İdarəsi xəbərdarlıq edib ki, yaxın bir neçə saat ərzində paytaxt bölgəsində və şərqi Kanvon vilayətində bir neçə dəfə güclü leysan yağacaq, bu da əlavə ziyana səbəb ola bilər. Sinoptiklər qeyd edirlər ki, Cənubi Koreyada bu il xüsusilə güclü olan leysan yağışı mövsümü həmişəkindən bir qədər tez başa çatacaq - təxminən iyulun sonunda, bundan sonra Koreya yarımadası istilik dalğası ilə üzləşəcək.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












