Günlərdir küçədə yatan şəxsə kömək edilmir? - FOTO

Paytaxtın Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları 10/12 küçəsindəki ağaclıq ərazidə yaşayan Fuad adlı şəxsin köməyə ehtiyacı var.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, evsiz və kimsəsiz olan bu şəxs günlərdir, uzandığı yerdən qalxa da bilmir.
İddialara görə, səhhətində ciddi problemləri olduğu bildirilən vətəndaş üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, yardım göstərilməyib. Ətrafdakı şəxslər bildirib ki, gələn nümayəndələr ondan pis qoxu gəldiyi üçün kömək edə bilməyəcəklərini bildiriblər.
Onlar vətəndaşı xəstəxanaya aparsalar, onda olan infeksion xəstəliklərin digər xəstələrə də yoluxa biləcəyini əsas gətiriblər.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirdi ki, məsələ araşdırılacaq, daha sonra ətraflı məlumat veriləcək.
***
DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin şəxsin yeri müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun qısa zamanda sığınacağa yerləşdirilməsi təmin olunacaq.

Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












