Gürcüstan öz nəqliyyat şəbəkəsini fəal şəkildə inkişaf etdirir

Bu il Gürcüstanın tranzit rolunun inkişafı ölkə hökuməti üçün prioritet olaraq qalır. 2025-ci ildə Orta Dəhlizin Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyə sərhədlərini birləşdirən hissələrinin tikintisi faktiki olaraq başa çatacaq.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bu məlumat Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin cari il üçün tədbirlər planında əksini tapıb. Planda Batumi dolama yolunun tamamlanması, Tbilisi ilə Rustavi arasında yeni avtomobil yolunun tikintisi, Orta Dəhliz quru marşrutunun və Tbilisi ilə Kaxeti regionu arasında yüksəksürətli marşrutun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bildirilir ki, bu il Gürcüstanın Orta Avtomobil Dəhlizinin inkişafına xüsusi diqqət yetirilməsi planlaşdırılır.
Layihəyə əsasən, bu il Türkiyə ilə sərhədə aparan yenilənmiş Batumi-Sarpi yolu inşa olunacaq. Bundan əlavə, bu il Batumi dolama avtomobil yolunun hissələrinin tikintisi başa çatdırılacaq. Kobuleti kurort kəndi ətrafında dolama yolun genişləndirilməsinə başlanılması planlaşdırılır. Həmçinin 2025-ci ildə hakimiyyət Tbilisi ilə Gürcüstanın iri sənaye mərkəzi Rustavi arasında 4 zolaqlı avtomobil yolunun tikintisini başa çatdırmağı planlaşdırır ki, bu da şəhərlər arasında yarımsaatlıq yolu qısaldır. Anakliya limanına giriş yolunun, Lilo dolama yolunun, qərbdən Tbilisiyə yeni girişin və Tbilisidən qərbə yeni çıxışın tikintisinə başlanılacaq. Bundan başqa, Kaxeti istiqamətində avtomobil yolunun tikintisi davam etdiriləcək. Badiauri-Çalaubni, Qurcaani (Çumlaki)-Telavi və Laqodexi dolama yollarının tikintisinə başlanılacaq.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












