Gürcüstandan avtomobil qadağası...

Gürcüstanın Daxili İşlər Nazirliyi yol hərəkəti haqqında qanuna ciddi dəyişiklik etməyə hazırlaşır. Avtosfer.az xəbər verir ki ki, yeni qaydalar 100 ballıq sistemin tətbiqilə bağlıdır. Nazirlik artıq qanun layihəsini ölkə parlamentinə təqdim edib.
Layihədə göstərilir ki, hər bir sürücünün hesabında 100 balı olacaq. Müxtəlif yol hərəkəti qaydalarını pozan sürücünün hesabından uyğun miqdarda bal çıxılacaq. Nəticədə il ərzində 100 balı tükənən avtonəqliyyat vasitəsi sahibinin sürücülük vəsiqəsi müsadirə ediləcək.
Sürücülük hüququndan məhrum edilən şəxs sürücülük vəsiqəsi almaq üçün isə yenidən imtahan verməli olacaq.
Bu qayda Gürcüstanda avtomobil idarə edən xarici ölkə vətəndaşlarına da şamil edilir.
Xarici vətəndaşlar 100 cərimə balı alarlarsa, onlara Gürcüstan ərazisində avtomobil idarə etmək qadağan ediləcək.
Parlamentə təqdim edilən qanun layihəsinə yaxın günlərdə baxılacaq.
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO










