"Gürcüstandan Azərbaycana avtomobil ixracı artacaq"

2016-cı ilin mart ayından Gürcüstanda avtomobillərin qiyməti orta hesabla 30% artacaq, bundan başqa satılan avtomobillərin sayı, onların təkrar ixracı azalacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Online saytı məlumat yayıb.
"Rezonans" qəzetinin fikrincə, hökumətin sağsükanlı avtomobillərinin qeydiyyatına qoyulan qadağa bu nəticələrə gətirib çıxaracaq, həm də daha ucuz Yapon avtomobillərinin idxalı tam dayandırılacaq. Ekspertlər iqtisadiyyatın bu sahəsinin inkişafına təkan kimi yalnız yeni avtomobillərin idxalının stimullaşmasını görürlər, çünki bu addım vəziyyəti nisbətən tarazlaşdıracaq və qiymətlərə mənfi təsir göstərməyəcək.
Məlum olduğu kimi, Azərbaycana 2005 ildən yuxarı olan avtomobillərin idxalına qadağa qoyulandan sonra avtomobillərin təkrar ixracı azalıb.
TRASEKA eksperti Gela Kvaşılava hesab edir ki, hal hazırda Gürcüstan parlamentinin yeni avtomobillərinin idxalını stimullaşdıracaq qərarının qəbul edilməsi vacibdi. "Əgər avtomobillərin idxalı aşağı gömrük rüsumu ilə stimullaşdırılsa, sağsükanlı avtomobillərin kəsirini aradan qaldırmaq mümkün olacaq. Yeni avtomobillər daha əlçatan olmalıdır. Maşın bazarının yenilənəcəyi halda istisna olunmur ki, Azərbaycana avtomobil ixracı yenidən aktivləşəcək. Hər şey parlamentdən asılıdır", - deyə ekspert bildirib.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












